Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Hüccətül-İslam Məhəmmədi 12 may çərşənbə axşamı həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin İmam Xomeyni (r) adına zalında keçirilən şam namazı ilə işa namazı arasında olan “Şəri hökmlərin bəyanı” proqramında Qurani-Kərimin bu ayəsinə istinad edərək buyurub:
««وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ»»
“Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın!...” (Ənfal surəsi, 60-cı ayə)
O bildirib ki, düşmən qarşısında hərbi hazırlıq vacibdir və bu hazırlıq üç əsas mərhələdən ibarətdir.
Hüccətül-İslam Məhəmmədi əlavə edib ki, birinci mərhələ silah və hərbi texnika baxımından hazırlıqdır. Aydındır ki, bu hazırlıq yalnız silahın çəkindirici gücə malik olduğu halda həqiqi məna daşıyır. Əks halda, lazımi hazırlıq gerçəkləşmiş sayılmaz.
O vurğulayıb ki, ikinci mərhələ insan qüvvəsinin hazırlığıdır. Yəni fərdlər müdafiə üçün hazır olmalı, müdafiə edə biləcəkləri bütün mövqelərdə iştirak etməli və öz məsuliyyətlərini yerinə yetirməlidirlər.
Həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin şəri hökmlər üzrə mütəxəssisi üçüncü mərhələni isə düşmənə qarşı ayıqlıq və davamlı nəzarət kimi dəyərləndirib və bildirib:
“Hərbi və hüquq-mühafizə orqanları düşməni hər an izləyərək nəzarətdə saxlamalı, xalq da daim ayıq-sayıq olmalıdır. Düşmənin monitorinqi heç vaxt unudulmamalıdır ki, onun mümkün plan və hiylələrindən vaxtında xəbərdar ola bilək.
Rəyiniz